Menu
Sənin kartın

Carolina Herrera

Carolina Herrera

Carolina Herrera markası 1980-cı ildə, Nyu-Yorkda təsis olunmuşdur. Markanın yaradıcısı Carolina Herrera Venesuelada, hərbiçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan dəbdəbə içində böyüyən xanım, hər zaman moda ilə maraqlanmış, markasını təsis etməmişdən öncə “dəb ikonası” ləqəbini almışdı. Dəb aləminin bir neçə məhşur siması ilə dostluq etməsi, onu öz markasını yaratmağa ruhlandırır. Beləliklə, Carolina 1980-cı ildə, 20 libasdan ibarət kiçik bir kolleksiya ilə markasını təsis edir.

Peşəkar modelyer olmamasına görə çoxsaylı tənqid atəşinə tutulsa da, onun yaratdığı geyimlər böyük populyarlıq qazanır. Bu markanı sevənlər arasında Jacqueline Kennedy və bir sıra məhşur simalar yer alır. 1986-cı ildə Caroline Kennedy-nin bu markadan olan gəlinlik libası ilə ailə qurması, markanı olduqca məhşur edir.

80-cı illərin sonunda Puig şirkəti Carolina Herrera markası nəznində ətir istehsal etməyə lisenziya alır. 1988-ci ildə ilk debüt ətrini istehsal edən, eyniadlı Carolina Herrera ətri böyük marağa səbəb olmaqla yanaşı, satış rekordlarını qırır.

Bu gün Carolina Herrera eleqant-lüks geyim, aksessuar və ətriyyat istehsal edən, ABŞ, Avropa, Latın Amerikası və Yaxın Şərqdə butikləri olan, dünya üzrə 40-dan çox satış məntəqəsi olan şirkətdir. 

Carolina Herrera 212 - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-müşk ətirlər qrupuna aiddir. Ətir 1999-cu ildə istehsal edilmişdir. Parfümerlər: Alberto Morillas, Rosendo Mateu və Ann Gottlieb.(Ədviyyat, Petitqreyn, Lavanda, Yaşıl notlar, Qreypfrut və Berqamot;) (Zəncəfil, Qard..
14,99AZN Vergiler Hariç:14,99AZN
Carolina Herrera Chic - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2003-cü ildə istehsal edilmişdir. Parfümerlər: Carlos Benaim, Rosendo Mateu və Jean-Marc Chaillan.(Naringi, Berqamot, Qarpız, Hil və Limon;) (Darçın və İstiot;) (Səndəl ağacı, T..
14,99AZN Vergiler Hariç:14,99AZN
Gösterilen: 13 ile 14 arası, toplam: 14 (2 Sayfa)